“Mercedes” yük avtomobili toqquşub - 1 nəfər xəsarət alıb

22:05 22.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Kürdəmir rayonunda “Mercedes” markalı minik avtomobili və “VOLVO” markalı yük avtomobili toqquşub.

Hafta.az Nazirliyə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri  minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.